Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Bakı Limanında əlavə kranlar quraşdırılıb

Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında daha iki əlavə kran quraşdırılıb. Bu kranlar Bakı şəhərinin Əsas Yük Terminalında (mərkəzdə yerləşir) yenidən modernizasiya olunaraq limana gətirilib.

Bakı Limanından verilən məlumata görə, kranlar mexaniki və elektron cəhətdən tam yeni avadanlıqlarla təchiz olunub və dəmir konstruksiyası xüsusi testlərdən keçirilərək standartlara cavab verir.

Məlumata əsasən, quraşdırılan kranlar 32 ton yükqaldırma gücünə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır