Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İlk intellektual tanker təqdim edilib - VİDEO

Çin istehsalı olan nəhəng gəmi göyərtəsinə 308 min ton yük götürmək və praktiki olaraq heyətsiz keçinə bilmək bacarığına malikdir. İnsanlara isə yalnız avtomatika və köməkçi sistemlərin işinə nəzarət etmək qalır.

Uzunluğu 300m, hündürlüyü isə 55m olan nəqliyyat vasitəsinə New Journey adı verilib. China Merchants Energy Shipping Company-nin sifarişi ilə Çinin gəmiqayırma sənayesi korporasiyası (CSIC) tərəfindən hazırlanmış gəmi muxtar idarə etmə, naviqasiya, təhlükəsizlik, həmçinin maye yüklərin bölüşdürülməsi (maye yüklərin tarazlaşdırılması tankerlər üçün son dərəcə əhəmiyyətlidir, əks təqdirdə tarazlığ pozula və gəmi çevrilə bilər) və enerji-effektivlik sistemləri ilə təchiz edilib. Bundan başqa, robotanker "gəmi-sahil əlaqəsinin təmin edilməsi üçün xüsusi qurğu” ilə də təchiz olunub.

"Əgər New Journey-ə ilk və son təyanat nöqtələri verilsə, tanker seçim üçün bir neçə marşrut variantı təklif edəcək. Məsələn, "ən sürətli" və "ən qənaətli". Bundan başqa, öz intellektual naviqasiya sisteminə əsaslanaraq, dönmə radiusu istənilən avtomobildən çox olan robotanker, təxminən 19 kilometrədək əhatəsində olan başqa gəmilərin mövqe və sürətini dəqiq müəyyən edə bilər. Bunun sayəsində də həmişə marşrut istiqamətinə düzəliş etmək və toqquşmadan yayınmaq üçün kifayət qədər vaxta malikdir",— ağıllı gəminin üstünlükləri haqqında danışan Çin mühəndisləri belə deyib.

İddia edilir ki, New Journey bütün lazımi dəniz sınaqlarını uğurla keçib və artıq sifarişçiyə təhvil verilib.

Çin istehsalçılarının fikrincə, dəniz yük daşınmalarının gələcəyi məhz robotankerlərlə bağlıdır. Hansılar ki, dəniz daşınmalarının iqtisadi effektivliyini, ekoloji təmizliyini və logistikasının təhlükəsizliyini prinsipial olaraq yeni səviyyəyə çatdırmaq bacarığındadırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır