• Bakı, 2019-08-19,
Seanews
Heyder Eliyev

"Ulysses" katamaranı plastik tullantılardan alınan yanacaqla işləyən ilk üzən vasitə olacaq

Okean çirkliliyinə qarşı mübarizə üçün "Plastik Odysses" layihəsinin 25 metrlik katamaranı "Ulysses"də işlənmiş plastik tullantıları yanacaq olaraq istifadə olunacaq.  

"Ulysses" katamaranı tamamlandıqdan sonra dünyada ilk plastik tullantılarla işləyən üzən vasitə olacaq.


Plastic-Odyssey-Ulysses

Layihənin müəllifləri 24-30 yaş arasında olan gənclərdir. Onlarıınbir neçə il öncə Seneqalda ortaya atdıqları ideya artıq gerçəkləşmək üzrədir.

İdeya müəllifləri bildiriblər ki, hər tərəfdə plastik tullantılarına rast gəlirik. Eyni zamanda, işsizlik də çox geniş yayılmış problemdir. Biz bu yolla həm plastik çirkliliyini, həm də işsizliyi aradan qaldıra bilərik.


Plastic-Odyssey-Ulysses


Layihəni Clarins, Credit Agricole, Veolia kimi şirkətlər maliyələşdirirlər. Gəminin 11 milyon euroya başa gələcəyi bildirilir.

"Ulysses"-in 2020-ci ildə suya salınması gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır