Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“SHİP İNFO” mobil tətbiqi – gəmilər və onların texniki göstəriciləri bir arada

Dənizçi peşəsi ən çox sevdiyiniz hobbinizlə birləşdirilə bilər. "Ship info" mobil tətbiqi  sizə nəinki mənəvi məmnuniyyət, həm də dünyada minlərlə dənziçi həmkarlarınıza faydalı ola  bilər.

www.seanews.az xəbər verir ki,  tətbiqin yaradıcıları  hobbi və işin bir-birinə mane olmayacağına bizi inandırır.

Ship İnfo tətbiqi ticarət gəmiləri və onların texniki göstəriciləri haqqında olan ən geniş məlumat bazalarından biridir.

Bazada 300 mindən çox gəmi haqqında məlumat var. Sözü gedən tətbiq müxtəlif açıq mənbələrdən istifadə edərək, ticarət donanmasının gəmiləri haqqında məlumat toplayır. Texniki göstəricilərlə yanaşı bu tətbiqdə gəmilərin fotoşəkilləri, mühərrikləri, göyərtəsi, hərəkət cədvəli, heyəti və s. haqqında məlumat  əldə etmək olar. 

Tətbiqin yaradıcısının sözlərinə görə hal-hazırda bu tətbiqlə heç bir analoji tətbiq rəqabət apara bilməz.

Tətbiq çoxdillidir. Dənizçilər bu tətbiqdə o cümlədən, dəniz xəbərləri və vakansiyalar ilə də yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, bu mobil tətbiqdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin  (ASCO) gəmiləri haqqında da məlumat əldə etmək olar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır