• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

Rusiya buza davamlı kruiz gəmisi inşa edəcək

Rusiya buza qarşı dayanıqlı kruiz gəmiləri inşa edərək Arktikaya səfərlər təşkil etməyi planlaşdırır. Bu barədə “United Shipbuilding Corporation” şirkətinin prezidenti Aleksey Rahmanov açıqlama verib.

O bildirib ki, 350 nəfər götürmək qabiliyyətinə malik gəmilərin hər biri 300 milyon dollara başa gələcək.

Qütb turizminin bir hissəsi olacaq gəmilərin Murmansk ve Barentsburqdakı limandan yola düşməsi gözlənilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır