• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

kədə yeni çimərliklər yaradıl

Xəzər dənizinin 60-70 faizi çimərlik turizmi üçün yararlıdır. Amma bunlardan müvafiq məqsədlərlə istifadə edilmir. Bu sözləri Turizm Şurasının dördüncü iclasında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov deyib. “Rayon icra hakimiyyətlərindən daxil olan siyahılara əsasən ölkəmizdə 158 çimərlik fəaliyyət göstərir. Yeni çimərliklərin yaradılması məqsədilə Bakı şəhəri üzrə 9, Xaçmaz şəhəri üzrə 1 yer müəyyənləşdirilərək peyk görüntüləri təqdim edilib. Bakı şəhəri Şüvalan qəsəbəsi və Sumqayıt şəhərinin müvafiq sahilboyu ərazilərində ümumilikdə iki çimərliyin yaradılması üçün bizə müraciət olunub. Bu istiqamətdə yaxın vaxtlarda işçi qrupu tərəfindən müvafiq addımlar atılacaq”, – deyə M.Qəhrəmanov bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır