Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Suyun altından tapılan dünyanın ən qiymətli dəfinələri- SİYAHI

1932-ci il yanvarın 9-da Meksikanın cənubundakı Monte-Albana adlı qədim hindu yaşayış məkanının xarabalıqlarında Sapoteki xalqına məxsus olan XIII əsrin ən bahalı dəfinəsi aşkar olunmuşdu. Bəs, bəşər tarixində suyun altında ən qiymətli dəfinələr nə vaxt və harada tapılıb?

 1. Fin körfəzi

Fin körfəzi çox qiymətli xəzinələr daşıyan gəmilərin batdığı qəbirstanlıq hesab edilir. Onun dibində 6 mindən çox gəmi qalmaqdadır. 1953-cü ildə fin balıqçıları Turku şəhəri yaxınlığında, kiçik Borst adasının yanında batırılmış gəmilərə rast gəldilər. O vaxtlar o, arxeoloqların və tarixçilərin diqqətini elə də cəlb etməmişdi. 1961-ci ildə onun tədqiqi ilə İsveç dayverləri məşğul olurlar. Müəyyən olunur ki, bu “Müqəddəs Mixayil” qaleonudur. O, 15 oktyabr 1747-ci ildə Amsterdamdan Sankt-Peterburq sahillərinə kurs götürübmüş. Onun göyərtəsində imperator ailəsi üçün nəzərdə tutulmuş çox qiymətli yük olub. Hətta fərdi olaraq imperatriçə Yelizaveta Petrovnaya hədiyyə olaraq, oyma üsulla qızıldan hazırlanmış kabriolet gətirilirmiş. Finlandiya tərəfindən suyun dərinliyində işlərin aparılmasına icazə alınandan sonra isveç dayverləri kayutaları açdılar və ekspedisiyanın ilk iki günü ərzində qiymətli daşlarla inkrustasiya olunmuş çoxlu qızıl əşyaları və məmulatları, o cümlədən, 34 qızılla işlənmiş tütünqabı, qızıl və gümüş saat dəstləri, çini qablar və s. suyun səthinə qaldırdılar. Onların içərisində Yelizaveta üçün qızıla tutulmuş kareta da vardı.

2. Baltik dənizi

1999-cu ilin yayında Finlandiyaya məxsus axtarış ekspedisiyası Ermitaj üçün II Yekatrinanın sifarişi əsasında Hollandiyada hazırlanmış müxtəlif incəsənət əsərləri olan və 1771-ci ildə batmış “Frau Mariya” şxunasını aşkar etmişdi. Gəminin yük yerində adicə olaraq qutulara deyil, dəri penallara qablaşdırılaraq məxsusi qurğuşun qablara yerləşdirilmiş, sonra isə üstü mumla örtülmüş çoxlu şəkillər vardı. Gəmidə şəkillərdən başqa çini qablar, tunc, müxtəlif nəcib metallardan hazırlanmış məmulatlar kimi müxtəlif qiymətli əşyalar da vardı. Dəfinə tapıldıqdan sonra onun kimə-tapana yoxsa, ilkin olaraq göndərilənə məxsus olması istiqamətində məhkəmə araşdırılmalarına başlandı. Məhkəmə sərəncam hüququnu onu tapanlara verdi. Rusiya isə bu qərarla razılaşmadı. Bu dəfinə ilə bağlı işə hələ də son nöqtə qoyulmayıb.

3. Cəbəllütariq boğazı

Boğazın sularında Portuqaliyadan bir az kənarda, çox böyük dəfinə aşlarlanıb. Dəfinəni 2007-ci ildə “Odissey” adlı Amerika şirkəti batmış İspaniya hərbi freqatında tapıb. Həmin freqatın göyərtəsindən 500 min gümüş və qızıl sikkə, həmçinin xeyli zinət və bəzək əşyaları suyun səthinə qaldırılıb. Ən bahalı dəfinələrdən biri olan bu dəfinənin qiyməti 500 milyon dollar civarındə dəyərləndirilir. Məhkəmə bütün dəfinəni tarixi dəyər kimi İspaniya hökumətinə vermişdir.

 4. Atlantik okeanı

2009-cu ildə Atlantikada, Qayana (Cənubi Amerikanın şimal-şərqi hissəsində dövlət) dəyəri üç milyard dollardan çox olan inanılmaz dərəcədə böyük dəfinə aşkar edildi. İkinci Dünya Müharibəsi illərində anbarları qızıl, platin və brilyantlarla dolu olan gəmi bu yerdə sulara qərq olmuşdu. Əsas versiyaya görə bu yükün sahibləri Sovetlər İttifaqı və Böyük Britaniya olmuşlar. Dəfinəni tapmış Amerika şirkəti bu məlumatı gizli saxlamaq istəsə də, bunu etmək mümkün olmamışdır. Deyilənlərə görə, Sovet İttifaqı müttəfiqlərdən aidığı silah, ərzaq və paltarları dayarini həmin qızıl, platin və almazlarla ödəmişdir. 1942-ci ildə içərisində çox qiymətli yük olan gəmi alman sualtı qayığından atılmış torpedo ilə vurulmuş və batırılmışdır.

 5. Çili

2005-ci ildə Çilinin “Wagner” şirkətinin mütəxəssisləri özlərinin mühəndis kəşfindən – torpağın 50 metr dərinliyə qədər molekulyar tərkibini müəyyən etməyə malik olan qurğudan - istifadə etməklə, içərisində 800 tondan çox qızıl olan 600 çəllək tapdılar.

Belə güman olunur ki, onlar İspaniya dəniz səyyahı Xuan Ubillaya məxsus olmuşdur. O, 1715-ci ildə Çilinin dəniz sahilində yerləşən Xuan-Fernandes arxipelaqının adalarından birində bu varidatı yerə basdırmışdır.

Qiyməti 10 milyard dollar olan bu dəfinənin axtarışı üçün NASA-nın kosmik kostyumları üçün parça istehsalı kimi çox uğurlu biznesini satmış Amerika milyoneri Bernard Kayzer də axtarmışlar. Lakin bəxt Çili şirkətinin üzünə gülmüşdür. Yeri gəlmişkən, bu şirkət sonradan xəzinənin ümumi dəyərinin 50 faizinə malik olması hüququnu çox çətinliklə əldə etmişdir.

6. İrlandiya

İrlandiya sahillərində batdığı yeri 2011-ci ildə müəyyənləşdirilmiş gəmidən bir il sonra 48 ton gümüş çıxarılıb. ABŞ-ın "Odyssey Marine Exploration" şirkəti II Dünya Müharibəsi illərində İngiltərənin "SS Gairsoppa" gəmisinin batırıldığı yerdə işlər aparır. Gəmidən  43 ton gümüş çıxarılıb.

Çıxarılan xəzinə İngiltərəyə daşınır. İrlandiyanın cənub sahillərində, 4700 dərinlikdə batmış gəmidə hələ 170 ton gümüşün qaldığı bildirilir. "SS Gairsoppa" gəmisi 1941-ci ilin fevralında Hindistandan qayıdarkən yanacağı tükənmiş və İrlandiya sahillərinə çatmağa çalışmışdı. Lakin alman nasistlərinin sualtı qayığı torpedo atəşi ilə gəmini batırmışdı. Gəminin 85 nəfərlik heyətindən, sadəcə, bir nəfər sağ qalmışdı. Britaniya Nəqliyyat Nazirliyi ilə imzalanmış müqavilənin şərtlərinə görə, gəmidəki dəfinənin 80 faizi "Odyssey Marine Exploration"a çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır