Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib

Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımın qızı Leyla Axundzadə ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Mikayıl Müşfiq” universal quru yük gəmisində qonaq olub.

Gəmi kapitanı Yavər Abdunov qonağı gəminin iştirak etdiyi layihələr, qazandığı nailiyyətlər haqqında məlumatlandırıb. Bildirib ki, heyət Mikayıl Müşfiqin adını daşıyan gəmidə calışmaqdan yüksək qürur və məsuliyyət hissi duyur.

Anasının müəllifi olduğu “Müşfiqli günlərim” adlı xatirə kitabını və Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət kitabı gəmiyə bağışlayan Leyla Axundzadə gələcəkdə burada xüsusi guşənin yaradılması işinə dəstək ola biləcəyini deyib. O, qonaqpərvərliyə görə minnətdarlığını bildirərək kapitana və gəmi heyətinə yeni-yeni uğurlar, xoş səfərlər arzulayıb.

Qeyd edək ki, “Mikayıl Müşfiq” universal quru yük gəmisinin uzunluğu 123,50, eni 15 metr, sürəti 11,7 uzel, yükgötürmə qabiliyyəti 3850 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır