Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dənizçilərdən tələb olunan özəlliklər - SİYAHI

Dənizçilik spesifik sahədir. Necə deyərlər, hər oxuyan dənizçi ola bilməz. Bu iş insandan bəzi özəlliklər tələb edir.

Həmin özəllikləri təqdim edirik:

Peşəyə bağlılıq

Dənizçi peşəsini sevməlidir.  Bununla, o, öz işini daha yaxşı yerinə yetirər, qısa müddətdə böyük nüfuz və hörmət qazanar.

Ürəkli olmalı

Dənizdə çalışmaq insandan böyük ürək və cəsarət istəyir. Gəmi adamı qorxusunu yenməyi bacarmalıdır.

Tez uyğunlaşmaq

Adətən dənizçilər fərqli millətlərə məxsus şəxslərlə bir yerdə işləyirlər. Ona görə də, bu peşə sahibləri tez uyğunlaşmaq qabiliyyətinə malik olmalıdırlar.  

Sürətli düşünmə

Bəzən gəmidə ani qərar qəbul etmək lazım gəlir. Bu səbəbdən dənizçi vəziyyətə uyğun olaraq sürətli düşünməyi bacarmalıdır.  

Yaxşı ingilis dili bacarığı

Dənizçilər, xüsusən də komandir heyəti  üçün ingilis dilini çox yaxşı bilmək vacibdir. Çünki, gəmilər üzən fabrikdir və xarici limanlarda rabitə önəmlidir.

Rəhbərlik qabiliyyəti

Xüsusilə, rəhbər vəzifədə işləyəcək dənizçilər üçün vacib bir xüsusiyyətdir. Zamanla inkişaf etdirilməlidir.

Komanda ilə işləmək

Gəmi 20-25 nəfərdən ibarət bir ailədir. Birinin təkbaşına verəcəyi qərar digərinə də təsir göstərəcək. Bu səbəbdən birlikdə işləmək bacarığına sahib olmaq lazımdır.

Sadiqlik və Öhdəlik

Dənizçilər gəmilərinə və şirkətlərinə sadiq olmalıdırlar. Onlar xəyanət deyil, sədaqət hissi ilə işləməlidirlər. Əks təqdirdə, bu cür insanlar uğursuz olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır