Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Məktəblilər üçün gəmi ilə gəzinti təşkil olunub

Nəsimi rayon İcra Hakimiyyəti ilə Dənizkənarı Bulvar idarəsinin bir təşkilatçılığı ilə uşaqlar üçün Xəzər dənizində gəmi gəzintisi təşkil olunub.

Nəsimi RİH-dən verilən xəbərə görə, dəniz səyahətində rayon məktəbləri arasında təhsildə və idmanda fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup şagird iştirak edib. «Mirvari» gəmisi ilə Bakı buxtasında üzən uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdı və bu onların böyük sevincinə səbəb olub.

Nəsimi rayon İcra Hakimiyyətinin və Dənizkənarı Bulvar idarəsinin əməkdaşları uşaqlarla səmimi söhbət edərək dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işləri qeyd edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıblar. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə ediblər.

Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılığına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır