Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Su altında çəkilmiş ilk film tapılıb - VİDEO

Science-nın məşhur produserlərindən biri Tom Mcnamara dünyanın ilk su altında çəkilmiş filmini tapıb. Bu əsər Con Ernest Williamson tərəfindən çəkilmiş filmdir.

Mcnamara daha əvvəllərdən yox olduğu düşünülən bu əsəri Hollandiyanın Amsterdam şəhərində yerləşən EYE Kino Muzeyində aşkarlayıb. 1914-ci ildə çəkildiyi təxmin edilən  sənədli film ölü bir at və bu atın ətrafında dolaşan bir köpək balığının Williamson tərəfindən bıçaqlanmasından bəhs edir. "Bir insan niyə dayandıq yerə bir köpək balığını bıçaqlayar"? sualı ağlınıza gələ bilər. Gəlin indi də Williamsonın nə üçün belə bir şey etdiyinə baxaq.

Williamson sualtı foto çəkən ilk adam kimi tanınır. Atası dənizçi olan Williamson, dənizlərə də hakim bir adamdır. Atasının, dənizin dibini daha yaxşı müşahidə etmək üçün hazırladığı bir otağa girən Williamson, burada su altından videolar çəkməyə qərar verir və bu otağı genişləndirərək özünə xüsusi bir dizayn yaradır.

Bu dizaynı və digər sahibkarlıq layihələrini inkişaf etdirmək üçün pula ehtiyacı olan Williamson su altında bir adamın köpək balığı ilə qarşılaşmasını lentə alacağını söyləyir. İnvestorlar Williamsonın bu təklifini qəbul edirlər. "Jules Verne" adlı, ağır yüklərin daşınması üçün düz quruluşa sahib olan bir gəmiylə yola çıxan Williamson, Baham adalarına doğru yelkən açır. Peşəkar iki dalğıcı da yanında aparan Williamson, köpək balıqlarının olduğu bir bölgəyə dəmir ataı. Ölü atla köpək balıqlarının diqqətini çəkmək istəyən Williamson, bu planında uğurlu olur və qısa müddət içərisində köpək balıqları yanlarına yaxınlaşır. Dalğıclardan biri, köpək balığını gördüyü anda qorxuya qapılır və uğurlu olmur. İki dalğıc vəzifəsini müvəffəqiyyətlə bitirir, ancaq bu zaman kamera açıq olmur. Qətiyyətini davam etdirən Williamson suya atılır. Köpək balığını həm bıçaqlayır, həm də qeydə almağı bacarır. Nəticədə bu görüntülər yaranır.

Görüntüləri izləyən insanlar bu videoya "Terrors of the Deep" (Dənizin Altındakı Terror) deməyə başlayırlar, ancaq bir müddət sonra videonun adı "Thirty Leagues Under the Sea" olaraq qalır.

Williamsonun bu macərası "20 Years Under the Sea" (Dənizin Altında 20 İl) adlı kitabında yer alır.

Chip.az

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır