• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında voleybol turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında voleybol üzrə turnir keçirilib.

Turnir ASCO-nun idman üzrə 2019-cu ilə dair illik planına əsasən sentyabrın 20-də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda baş tutub.

Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən voleybol turnirinin qalibi “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandası olub. Sonrakı yerləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu və “ASCO Mühafizə” tutub.

Qaliblərə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, voleybol üzrə turnirin təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır