Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ADDA tələbələri rəssam Vüqar Əlinin fərdi sərgisini ziyarət ediblər

Azərbaycan Dövlət Dəniz Akademiyasının I kurs tələbələri Muzey Mərkəzində rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisinə tamaşa ediblər.

Sərgidə nümayiş edilən əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlib və caz musiqisinə həsr olunub.

Sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məşhur musiqi janrına Azərbaycanın verdiyi töhfələri nümayiş etdirir.

Müəllifin ifaçı və bəstəkarlardan tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə tamaşaçıya çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır