Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Rusiyanın dənizçilik muzeyinin 60 illik yubileyi keçiriləcək

Gələn il Rusiya Dəniz Qüvvələrinin və Dəniz Nəqliyyatı Sənayesinin yeganə muzeyinin 60 illik yubileyi qeyd olunacaq. 

1958-ci il martın 4-də təsis edilmiş muzeyin rəsmi açılış tarixi 12 yanvar 1960-cı ilə təsadüf edir.  2012-ci ildə muzeyə fərdi bina ayrılıb, 2017-ci ildə isə muzeyin təkrar açılışı baş tutub.

Muzeydə 30 mindən çox eksponat mövcuddur. Bura qiymətli gəmi modelləri, dəniz mövzusunda rəsm əsərləri, 2 minə yaxın şəkil, yüzdən çox foto albom, Elmlər Akademiyasının, Arktika və Antarktika tədqiqat institutlarının nadir kitabları, 30-dan çox atlas, 1841-ci ildən nəşr olunan "Dəniz kolleksiyası" tarixi jurnalının 747 nüsxəsi, arxeologiya nümunələri, dekorativ əsərlər və s eksponatlar daxildir.

Muzey Moskvanın tam mərkəzində yerləşir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır