Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Əfsanəvi təyyarədaşıyan gəmidə xidmət edənlər onun muzeyə çevrilməsini istəyirlər

2009-cu ildə "təqaüdə çıxan" və o vaxtdan bəri Vaşinqtonun limanlarından birində dayanan "Kitty Hawk" təyyarədaşıyan gəmisi doğranmaq üçün Texasa son səfərinə hazırlaşır.

“Seanews.az” xəbər verir ki, nəhəngliyinə görə dar Panama kanalından keçə bilməyən gəmi Texasa çatmazdan əvvəl Cənubi Amerika ətrafında 16.000 millik dövrə vurmalı  olacaq.

Öz sinfinin ilk təyyarədaşıyıcılarından biri olan "Kitty Hawk" gəmisinin tikintisinə 1961-ci ildə başlanmışdı. Bütün Sakit Okean akvatoriyasında fəaliyyət göstərən gəmi Vyetnama altı səfər etmiş və İraq müharibəsinin iştirakçısı olmuşdur.

Bu illər ərzində təyyarədaşıyan gəmidə xidmət etmiş 280.000 dənizçinin əksəriyyəti onun təkrar emal üçün doğranmasını istəmir. Onlar seçkili və rəsmi orqanlara müraciətlərində gəmidə muzey yaratmağı xahiş edir və onu Uilminqton şəhərində  xatirə muzeyinə çevrilən “Şimali Karolina” döyüş gəmisinin yanında qoymağı təklif edirlər.

"Kitty Hawk"-in son səfəri uzun çəkəcək və veteranlar ümid edirlər ki, donanmanın komandanlığı bu müddət ərzində fikrini dəyişəcək və təyyarədaşıyan gəmini “mülki xidmətə” keçirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır