Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“Benetti” şirkəti  67 metrlik “Calex” yaxtasını sahibinə təhvil verib

İtaliyanın “Benetti” şirkəti Livornoda 67 metrlik “Calex” yaxtasını suya buraxıb.

“Seanews.az” xəbər verir ki, polad gövdəli və alüminium üst konstruksiyaya malik yaxta kaliforniyalının sifarişi əsasında inşa edilir.

Gəminin altı - beş örtülü və bir açıq göyərtəsi var. İnteryerlər səs-küyü minimuma endirmək və 12 düyündə səssiz naviqasiyanı təmin etmək üçün ən son texnologiyadan istifadə edilməklə qurulub.

67 metrlik yaxtanın fərqli xüsusiyyəti tamamilə sahibinin şəxsi istifadəsi üçün ayrılan 160 kvadratmetrlik yuxarı göyərtədir.

Ön göyərtədən helikopter meydançası kimi istifadə etmək olar. Eyni göyərtədə yemək masası olan açıq istirahət sahəsi, həmçinin televizoru olan daxili qonaq otağı var.

Dörd qonaq kayutu aşağı göyərtədə gəminin ortasında yerləşir və ön hissədə  16 nəfərlik heyət üçün nəzərdə tutulmuş kayutlardan  tamamilə ayrıdır.

Yaxtanın həm mühərriki, həm də generatorları işlənmiş qazların təmizlənməsi sistemi ilə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır