Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

ASCO-da ADA Universitetinin magistr proqramları haqqında məlumatlandırma tədbiri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) ADA Universiteti tərəfindən 2024-2025-ci tədris ili üçün magistratura proqramlarına qəbula dair məlumatlandırma tədbiri keçirilib.

ADA Universitetinin Tələbə Qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova geniş təqdimatla çıxış edərək magistratura səviyyəsinə qəbul şərtləri və təqaüd imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Universitetdə magistr tədrisi 5 istiqamət üzrə ingilis, həmçinin Azərbaycan dillərində aparılır və 10 ixtisas üzrə proqram təklif edilir.

O, ADA Universitetində təhsilin formatı, beynəlxalq universitetlərlə əməkdaşlıq, son dövrlərdə yaradılmış yeni ixtisaslar, ikili diplom proqramları, xaricdə təhsil imkanları və Universitetin digər üstünlükləri barədə də iştirakçıları məlumatlandırıb.

Təqdimatdan sonra ASCO əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır