Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

miçilikdə ətraf mühitin mühafizəsi ilə bağlı yeni qaydalar tətbiq olun

AXDG” QSC-nin  KSƏTƏMM strukturunun  məqsədi  ümumilikdə dənizdə təhlükəsiz  iş təcrübələrindən bəhrələnərək, personalın sağlamlığını, ətraf mühitin     mühafizəsini təmin etmək, sahil və dənizdə çalışan işçilərin təcrübə, səriştə və bacarıqlarını  daim  inkişaf  etdirməklə  İSO 9001 / 14001 /50001 və            OHSAS 18001 beynəlxalq menecment standartlarının (BMS) tələblərinə cavab verən “AXDG” QSC-nin “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS)   əsasən dəniz, habelə bəzi sahil obyektlərində yüksək səviyyədə tətbiqi və  işləməsinə  nail  olmaqdır.      Cəmiyyətdə bu yönümdə işlərin yerinə yetirilməsində əsas icraçı qurum      sayılan  Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi  və ətraf  mühitin  mühafizəsi  departamentinin (KSƏTƏMMD) prioritet saydığı istiqamətlərdən biri də gəmilərdə formalaşıb  yaranan, habelə  daşınan  müxtəlif  aqreqat  hallı, o cümlədən  maye  çirkləndiricilərin idarə olunmasını təmin etməklə, onların dənizə atılmasının qarşısını almaq və ya atqıların həcmini minimuma    endirməkdir.       Hazırda gəmilərdə maye tullantıların xüsusi çənlərdə toplanması, saxlanması, təhvil verilməsi, bununla bağlı plomblama işinin icrası, habelə həmin    əməliyyatların sənədləşdirilməsi və qeydiyyatı kimi müxtəlif tədbirlər həyata  keçirilir.        Həmin tədbirlərin hər biri önəmli səciyyə daşısa da müxtəlif maye çirkləndiricilərin  atqı  nöqtələrinin  plomblanmalarının  icra  keyfiyyətinin  müasir  reallıq və imkanlar nəzərə alınmaqla yüksəldilməsi KSƏTƏMMD-nin həll        etməyə  çalışdığı  ümdə  məsələlərdən biridir.  Bu məqsədlə yeni prosedur qaydaları hazırlanıb.        “AXDG” QSC-nin  hazırkı  prosedur  və  qaydaları  işləyib  tərtib  etməkdə          əsas məqsədi Cəmiyyətin gəmilərindəki maye çirkləndiricilərin atqı nöqtələrinin      plomblanması, sənədləşdirilməsi, qeydiyyatı və nəzarət əməliyyatlarını təkmilləşdirmək və  müasirləşdirməklə  dənizin  gəmilərdən  maye  tullantılarla  çirklənməsi  imkanlarının  minimuma  endirilməsinə  nail  olmaqdır.        KSƏTƏMMD tərəfindən Cəmiyyətin TKİS-nin  tərkib hissəsi olan “Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi. Təhlükəsiz iş təcrübələri”  çərçivəsində “ “Maye  çirkləndiricilərin  gəmilərdən  dənizə  axıdılmasına  yol  verməmək  üçün müvafiq atqı nöqtələrində plomblanma, plombqırma və nəzarət  Qaydaları” (Plombqırma / Plomblama Qaydaları) tərtib olunub və  təsdiq  edilmişdir.       Hazırda Cəmiyyətin gəmilərində yeni “Plombqırma / Plomblama Qaydaları”nın  tətbiqinə  hazırlıq  işləri  gedir.  Bunlardan  da  ən  önəmlisi  ilk  növbədə  Donanmaların rəhbərlikləri ilə, növbəti  mərhələdə  isə XDND və DND gəmilərinin rəhbər  heyət  üzvləri  ilə  aidiyyəti  təlimlərin  keçirilməsidir.        Elə bu məqsədlə Cəmiyyətin KSƏTƏMM xidməti bu yönümdə işlərə başlamışdır. Beləki, Xəzər Dəniz Neft Donanması və Dəniz  Nəqliyyatı  Donanmasının  rəhbərlərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə “Plombqırma / Plomblama  Qaydaları”  mövzusunda  məlumatlandırma  səciyyəli         təlimlər keçirilib.       Donanmaların Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbələrinin (ƏMTTEŞ) tərtib  etdikləri  “Plan-qrafik”lər  əsasında  XDND və DND        gəmilərinin rəhbər heyət üzvləri ilə mərhələlər üzrə  “Plombqırma / Plomblama Qaydaları” təlimlərinin  keçirilməsinə  də  başlanmışdır.          Müvafiq  yönümlü  digər   təlim isə  Dəniz Nəqliyyat Donanmasının   gəmilərinin  sahildə  olan  rəhbər  heyət  üzvləri  ilə  keçirilib. Təlimdə  60  nəfərdən  artıq  dənizçi  iştirak edib.          Toplantını  giriş  sözü  ilə  DND  ƏMTTEŞ-nin  rəisi  Ağalar Behbudov  açmış, KSƏTƏMMD-nin Ətraf mühitin   mühafizəsi mühəndisi  Sabir  Kərimzadə keçirilən təlimin  məqsədi, yeni plomblama prosedurlarının işlənməsinin səbəbləri  və  hədəflər  barədə  məlumat  vermişdir. Əsas məruzəçi DND ƏMTTEŞ-nin mühəndis ekoloqu  Abbas  Məmmədov  çıxışında təzə “Plombqırma/Plomblama Qaydaları”nın hazırlıq və icra proseduru, müvafiq qeydiyyat və sənədləşmənin aparılması, saxlanması və  təqdimatı, icraya nəzarət, tətbiq olunacaq yeni plombların səciyyəvi xüsusiyyətləri  barədə məlumatları hazırda istifadə olunan köhnə plomblama qaydaları ilə  müqayisəli  şəkildə   təlim  iştirakçılarının  diqqətinə  çatdırıb.           Toplantıda təlim iştirakçılarının bütün sualları ətraflı cavablandırılıb.        Qeyd edək ki,   müvafiq məqsədli təlimlərin gələcəkdə də  davam etdirilməsi nəzərdə  tutulub.                                       


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır