Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-12,
Seanews
Heyder Eliyev

niz Akademiyasında mülki müdafiə üzrə təlim keçir

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki müdafiə idarəsi Azərbaycan Dövlət Dəniz Akademiyasında mülki müdafiə üzrə nümunəvi təlim keçirib. Təlim Akademiyanın illik mülki müdafiə tədbirlər planına müvafiq rəhbər, tələbə, müəllim-professor və işçi heyətinin iştirakı ilə baş tutub. Tədbirdə Mülki müdafiə idarəsinin rəisi  polkovnik V.Tahirov, Mərkəzi mülki müdafiə kurslarının rəisi polkovnik A.Qəribov, Mülki müdafiənin təşkili və planlaşdırılması şöbəsinin rəisi mayor R.Quliyev, səyyar kimya kəşfiyyatının rəisi leytenant O.Cəfərov və Mülki müdafiə idarəsinin digər mütəxəssisləri iştirak ediblər. Təlimdə əsas məqsəd fövqəladə hadisələrin baş vermə səbəbləri, nəticələri və xilasetmə işlərinin təşkili və aparılması qayda və üsullarını əməkdaşlara çatdırmaqdır. Mülki müdafiə idarəsinin əməkdaşlarının əyani vəsait kimi təqdim etdikləri müasir fərdi mühafizə vasitələri və avadanlıqları əyani  izah edilməklə nümayiş olunub. Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin strukturlarının iştirakı ilə 2015-ci ildə keçirilmiş  “Xəzər-2015” komanda-qərargah təliminin video filmi göstərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır