Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Tanınmış kapitan ADDA-nın tələbələri üçün “Dənizçilərin IQ testi” adlı seminar keçirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün “Dənizçilərin IQ testi” adlı seminar keçirilib. Seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb. Titos Giannakakis bildirib ki, hazırda bayraq və liman idarəçiləri tərəfindən gəmilərdə aparılan yoxlamalar, gəmilərdə tətbiq olunan qaydalar, müştərilərin istəkləri, gəmilərin texnoloji inkişafı, müxtəlif millətlərdən ibarət heyət üzvləri səbəbindən ortaya çıxan çətinliklər dənizçilərdən, xüsusilə gəmidə yüksək vəzifə sahiblərindən təkcə savad yox, həm də çətin vəziyyətlərdən çıxmaq üçün böyük zəka tələb edir.   Beynəlxalq daşımalarla məşğul olan şirkətlər gəmi və heyətin qarşılaşdıqları problemləri həll etmək üçün yalnız bacarıqlara və peşəkar biliklərə malik şəxsləri deyil, həm də şəxsiyyət kimi formalaşmış işçiləri heyət üzvləri sırasına qəbul edirlər.  Kapitanın sözlərinə görə, hətta daşımalarla məşğul olan bəzi şirkətlərdə hər hansı əməkdaşı heyətə daxil etməzdən əvvəl onları xüsusi hazırlanmış testdən keçirirlər. Beynəlxalq şirkətlər bu metoddan rəhbər şəxslərin işə qəbulu zamanı da yararlanırlar. Bu test şəxsin intellektual bacarığını, zehni qabiliyyətini, dünyagörüşünü və davranışını təhlil etməyə imkan verir.  Başqa sözlə, bu, şəxsin intizam, səmimiyyət, qətiyyət, özünə inam, stressə davamlılığı və emosional sabitliyinin ölçülməsi üçün tətbiq olunan testdir. İki saat davam edən seminar maraqlı müzakirələrlə yadda qalıb. Tələbələrin sualları cavablandırılıb, fikirləri dinlənilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır