• Bakı, 2019-08-19,
Seanews
Heyder Eliyev

ADDA məzunu: “Azərbaycan dənizçilik sahəsinin inkişafında əməyimin olmasından qürur duyuram”.

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə layihəsi olan “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans partnyoru olan “Caspian Marine Servise” şirkətinin direktoru Zamiq İsmayılovu yaxından tanıyaq.  

1998-ci ildə ADDA-nın “Gəmi sürücülüyü” ixtisasını bitirib.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisasında təhsil alaraq oranın məzunu (bakalavr) olub.

İsveçdə yerləşən Beynəlxalq Dənizçilik Universitetinin “Gəmiçilik və Liman menecmenti” fakültəsini bitirəndən sonra Magistr elmi dərəcəsini alıb.  

London Gəmi Brokerləri İnstitutunun üzvüdür.

Əmək fəaliyyətinə 1997-ci ildən Xəzər Dəniz Neft Donanmasında başlayıb.

“BUE Caspian”, “Ran Shipping”, “Hilal Shipping” şirkətlərinin gəmilərində kapitan köməkçisi işləyib.

“MAERSK DRİLLİNG”, “ZAMİL MARİNE” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

“BP-Azərbaycan” Şirkətində Gəmiçilik Əməliyyatları Üzrə qrup rəhbəri olub.

2013-cü ildən “Caspian Marine Servise” Şirkətində fəaliyyətini davam etdirib. Bir müddət Əməliyyatlar üzrə Baş Direktor vəzifəsində çalışıb.

2015-ci ilin noyabrından 2017-ci ilin  aprelinədək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini vəzifəsində işləyib.

Hazırda “Caspian Marine Servise”  şirkətinin direktoru vəzifəsində çalışır.

Zamiq İsmayılov:  “Dəniz nəqliyyatı dünya iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Bu nəqliyyat vasitəsi ilə həyata keçirilən daşımaların rolu öz səmərəliyi və təhlükəsizliyi baxımından əvəzsizdir".

"Bugün artıq dünya sularında Azərbaycan bayrağı altında üzən bir çox gəmilər var. Ölkəmizin dənizçilik fəaliyyəti də dünya iqtisadiyyatının bir hissəsinə çevrilməkdədir.

"Azərbaycan dənizçilik sahəsinin inkişafında  əməyimin olmasından qürur duyuram”.  

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır