Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  30 iyul 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkəmizlə əməkdaşlığın daha da genişlənəcəyindən, İranla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərinin “Abşeron” qaz-kondensat yatağında borudüzmə işlərini davam etdirməsindən, ASCO-nun sifarişi ilə “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabının nəşr edilməsindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından daşınan  TIR-ların sayının artmasından, gələcəyin dənizçilərinin “YayFest – gənclər düşərgəsi” layihəsində iştirakından, TAP-ın inşası üzrə Albaniya sularında dəniz borularının tikintisinin başa çatmasından, Xəzər Dəniz Neft Donanmasında təltif edilən bir qrup dənizçiyə mükafatların təqdim olunmasından, BMT-nin dənizin səviyyəsinin qalxmasının törədə biləcəyi fəlakətlərlə bağlı narahatçılığından, rəqəmsal gələcəyini təmin edən ölkələrdən, “Caspian Engineering Technology United Limited” şirkətinin  (CET)  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün tərəfdaşlarının məhsullarının təqdimatını keçirməsindən, ASCO-nun ən cavan mexanikinin uğurlarından, Xəzər dənizi regionunda birgə tədqiqatların aparılmasından, Xəzərin sahillərinin hasarlanmasının və ya digər üsullarla bağlanılmasının yolverilməzliyindən, “Dövlət idarəçiliyində blockchain texnologiyasının tətbiqi” mövzusunda keçirilən müsabiqədə ASCO-nun əməkdaşının birinci yer tutmasından, Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda istehsalat təcrübəsindən, dünyada 1,3 milyard insanın yoxsulluq həddindən aşağı səviyyədə yaşamasından, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır