Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-nın bu ixtisaslarına qəbul üçün 377 abituriyent sağlamlıq haqqında arayış alıb

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə sağlamlıq haqqında arayış almaq üçün verilən vaxt  iyulun 31-də başa çatıb.

Bu müddət ərzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Dənizçilər poliklinikası"-na ümumilikdə 391 abituriyent müraciət edib. Onlardan 377 nəfərinə həkim tibbi komissiyasının müsbət rəyindən sonra sağlam olmaları haqqında arayış verilib.

Beləliklə, ADDA-nın sağlamlıq haqqında arayış tələb edilən ixtisaslarının (rus və ingilis dilində tədris daxil olmaqlda) 270 plan yerinə 377 nəfər namizəd var.

Bütün abituriyentlərə uğurlar arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır