Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Azərbaycanda dənizçiliyin daha da inkişafı həm arzum, həm də məqsədimdir

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərovla ilə sizi yaxından tanış edirik.

Çingiz Səfərov dənizçi ailəsində doğulub. Atası Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində kapitan olub.

Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib.

Təhsilini başa vurduqdan sonra kapitan köməkçisi, kapitan kimi vəzifələrdə işləyib.

Müxtəlif dövrlərdə beynəlxalq şirkətlərə məxsus gəmilərdə kapitanın baş köməkçisi, kapitan kimi çalışıb. Qitələrarası yükdaşımalar həyata keçirib.

Bir müddət Qazaxıstana məxsus şirkətlərin birində idarəetmə üzrə menecer vəzifəsini tutub. Daha sonra ASCO-da fəaliyyətə başlayıb.

Təhsilini ADDA ilə məhdudlaşdırmayıb. Daha sonralar  Kiyev Dövlət Su Nəqliyyatı İnstitutunda oxuyub. Hazırda isə Peterburqda Makarov adına Dövlət Dəniz Akademiyasının magistraturasında təhsil alır.

Çingiz Səfərov: "Mənim üçün dəniz və dənizçilik yaşam tərzidir. Azərbaycanda dənizçiliyin daha da inkişafı və beynəlxalq dənizçilik şirkətləri ilə rəqabətqabiliyyətli olması həm arzum, həm də məqsədimdir. Qürurverici haldır ki, hazırda gəmiçiliyin fəaliyyəti bu istiqamətdədir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır