Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

ADDA-da qeydiyyat başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) bu il qəbul olan tələbələrin qeydiyyatı 27 avqustda başa çatıb. Siyahısı əvvəlcədən elan edilmiş sənədləri Akademiyaya təqdim edən tələbələr qeydiyyatdan keçirilib və onlar haqqında məlumat Dövlət İmtahan Mərkəzinin sisteminə yerləşdirilib.  

ADDA-ya qəbul 4 ixtisas üzrə aparılıb. Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə nəticəsində “Gəmiqayırma və gəmi təmiri”, “Dəniz naviqasiyası mühəndisliyi” (Azərbaycan və ingilis dillərində tədris), “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” (Azərbaycan dilində tədris) ixtisasları üzrə plan yerləri 100 faiz dolub. Ümumilikdə 234 tələbəni bu il birinci kursa qəbul edən Azərbaycan Dövlət Dəniz Akademiyası planı 78 faiz ödəyib.

Statistikaya əsasən, qəbul olunanların 184 nəfəri, yəni təxminən 78 faizi imtahanların hər iki mərhələsindən ümumilikdə 300-644 bal toplamış abituriyentlər olub. Maksimal 644,6 bal qazanmış tələbə ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını (ingilis dilində tədris) seçib.

Akademiyaya bu il dövlət sifarişi əsasında 181, ödənişli əsaslarla isə 53 tələbə daxil olub. Ödənişli əsaslarla qəbul olan tələbələrdən 11 nəfəri xüsusi imtiyaza malik olduğu üçün təhsil haqqını ödəməkdən azad edilib.

Qeydiyyat zamanı Bakıda daimi yaşamağa yeri olmayan və ADDA-nın yataqxanasında qalmaq istəyən tələbələrdən ərizələr qəbul edilib. Hər bir tələbənin ölçüləri götürülərək onlar üçün xüsusi geyim forması sifariş olunub.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində dərslər 16 sentyabrda başlanacaq.

ADDA-ya qəbul olan bütün tələbələrimizi təbrik edir, onlara tədrisdə uğurlar arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır