Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Sadir Əliyev : “Gəmi heç vaxt  ümidlə idarə olunmadığı kimi şirkət, müəssisə, idarə və yaxud mərkəz də sadəcə ümidlə idarə olunmamalıdır”.

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə layihəsi olan “ADDA məzunu”nda bu dəfə sizi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin müdiri Sadir Əliyevlə yaxından tanış edirik.

Sadir Əliyev 2004-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz daşımalarının təşkili və idarə olunması” ixtisası üzrə bakalavr və 2007-ci ildə magistratura pilləsini bitirib.

Hazırda ADDA-nın “Gəmiçilik və su nəqliyyatının istismarı” ixtisası üzrə Dissertantura pilləsində təhsilini davam etdirir.

Əmək fəaliyyətinə 2006-cı ildən Xəzər Dəniz Neft Donanmasında başlayıb.

2006-ci ilin avqustundan 2013-ci ilin fevralınadək Xəzər Dəniz Neft Donanmasında “Böyük mühəndis-dispetçer” vəzifəsində işləyib.

2012-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

2013-ci ilin fevralından 2015-ci ilin mayınadək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Metodist (dənizçilik üzrə)” vəzifəsində işləyib.

2015-ci ilin mayından 2016-cı ilin oktyabrınadək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin müdir müavini vəzifəsində işləyib.

Hazırda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin müdiri vəzifəsində çalışır.

Sadir Əliyev: “ADDA-nın məzunu olmağımdan qürur duyuram. ADDA tələbələrinin nailiyyətlərini və məzunlarının uğurlarını gördükcə fəxr hissi keçirirəm.

Ölkəmizdə dənizçilik təhsili ilə yanaşı, təlim proseslərinin də mövcud vəziyyəti və getdikcə yeni standartlar və tələblər əsasında formalaşması sevindiricidir.

Hədəfimiz düzgün planlaşdırma əsasında dənizçilik və neft-qaz sahəsində çalışan insanlar üçün müasir və innovativ təlim modelini davam etdirmək və daha da təkmilləşdirməkdir.

Planlaşdırmada uğursuzluq uğursuzluğu planlaşdırmaqdır, başqa sözlə desək, plansız məqsəd, sadəcə bir arzudur.

Gəmi heç vaxt  ümidlə idarə olunmadığı kimi şirkət, müəssisə, idarə və yaxud mərkəz də sadəcə ümidlə idarə olunmamalıdır.

Təbii ki, hər bir addımımızda çalışdığımız şirkətin və ümumilikdə ölkəmizin maraqlarını və mənafeyini düşünməliyik və daim qorumalıyıq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır