• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Dinamik Mövqe Saxlama təlimlərinə həsr olunmuş konfransa qatılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatının təşkil etdiyi konfransa qatılıb.

Niderland Krallığının Rotterdam şəhərində keçirilən konfrans Dinamik Mövqe Saxlama üzrə təlimlərə həsr olunub. 

23-24 sentyabr tarixlərində baş tutan tədbirdə təlimlərin təşkili zamanı yeni metodların tətbiqindən danışılıb, tədris proqramları, təlim prosesində ortaya çıxan problemlər müzakirə olunub.

Konfransda dənizçilik sahəsində fəaliyyət göstərən təcrübəli mütəxəssislər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin, burada təcrübə mübadiləsi aparmaq üçün  əlverişli şərait yaranıb.

Qeyd edək ki,  2017-ci ildə  “The Nautical Institute” təşkilatı ASCO-nun Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 89 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır