• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

ADDA tələbələri Kitab Sərgi-Yarmarkasında olublar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında olublar. 

Tələblər tanınmış nəşriyat evlərinin stendlərinə yaxınlaşıb, yeni nəşrlərlə maraqlanıblar. Həmçinin, sevimli şair və yazıçılardan imza alıblar.

Üç gün boyunca davam edən bu tədbirdə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi və s qrumlar öz nəşrlərini sərgiləyiblər. Burada həmçinin kitablarının satışı da həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır