Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-nın öyrənməkdən və öyrətməkdən usanmayan məzunu

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Elnur Abbasovla sizi yaxından tanış edirik.

Elnur Abbasov 2001-ci illdə ADDA-nın “Dəniz texnikası və gəmiçilik” fakultəsinin “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisasını bitirib.

2004-cü ildə “Gəmi sürücülüyünün texniki vasitələrinin Xəzər dənizi hövzəsində etibarlılığının araşdırılması” mövzusunda magistr dissertasiyasını əla qiymətlə müdafiə edərək magistr dərəcəsi alıb.  

2004-cü ildən “Gəmi sürücülüyü” kafedrasında assistent kim pedoqoji fəaliyyətə başlayıb, 2010-cu ildən kafedranın baş müəllimi seçilib. 2017-ci ildən “Dəniz naviqasiyası” kafedrasının dosenti kimi magistratura və bakalavriat təhsil səvviyyələrində bir çox fənləri tədris edir.

2013-2014-cü illərdə “Naviqasiya” kafedrasının müdiri vəzifəsində işləyib.

2015-ci ilin iyulundan 2017-ci ilin iyulunadək “Dəniz naviqasiyası” fakultəsinin dekan müavini, 2017-ci ilin iyulundan isə “Gəmi sürücülüyü” fakultəsinin dekanı vəzifəsində çalışır.

2017-ci ildən Texnika üzrə fəlsəfə doktorudur.

Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək çap olunmuş 4 dərslik, 2 dərs vəsaitinin, 30-dan çox elmi məqlənin, fənn proqramları və metodiki göstərişlərin müəllifidir.

Elnur Abbasov: “Bir vaxtlar təhsil aldığım Akademiyada indi təhsil vermək qürurvericidir.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır