• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

Dəniz Akademiyasında tələbələr üçün seminar keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələr üçün təhlükəsizlik seminarı keçirilib.

Seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb

Təlim zamanı bütün gəmi əməliyyatları üçün təhlükəsizlik standartları barədə danışılıb.  Bununla belə, heyətin təhlükəsizliyi məsələsi əsas müzakirə mövzularından olub.

İki saat davam edən seminar interaktiv şəkildə keçib. Tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır