Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

ADDA-nın kafedra müdiri beynəlxalq elmi-praktiki konfransda çıxış edib

Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin (Qazaxıstan) təşkilatçılığı ilə “Xəzər dənizinin dayazlaşmasının Xəzəryanı dövlətlərin yük axınlarına təsiri” adlı onlayn formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransa qatılan ali məktəblər sırasında Azərbaycan Dövlət Dəniz Akademiyası da yer alıb. Akademiyanı “Dəniz naviqasiyası” kafedrasının müdiri, uzaq səfərlər kapitanı, t.ü.f.d. Həzi Nəbiyev təmsil edib. O, çıxışında Xəzərin dayazlaşmasından, bu prosesin Xəzəryanı dövlətlərin yük axınlarına təsirindən ətraflı söz açıb.

Qeyd edək ki, konfransın əsas məqsədi Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin sosial-iqtisadi nəticələrinin tədqiqinə dair məsələlərin müzakirəsi, hasilat proseslərinin təhlili, geologiya və ekologiya sahələrində məlumat mübadiləsi, ətraf mühitin keyfiyyətinin yüksəldilməsi üçün innovativ nailiyyətlərin tətbiqi ilə qazma prosesinin səmərəli yollarının formalaşdırılması və inkişafı olub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır