Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Xəzər Dəniz Neft Donanmasında bir qrup dənizçiyə mükafatlar verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında növbədən qayıdan bir qrup dənizçiyə mükafatlar verilib.

Mükafatçılar arasında “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalına, Fəxri Fərmana layiq görülənlərlə yanaşı, 2018-ci ilin “Ən yaxşı mexanik”i və “Ən yaxşı matros”u da olub.  

Mükafatları Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov təqdim edib. O, dənizçiləri təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, onlara bəslənən etimadı bundan sonra da layiqincə doğruldacaqlarına söz veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır