Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Dünya şöhrətli sənətkar Müslüm Maqomayevin doğum günüdür

Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

Dünya şöhrətli müğənninin xatirəsi hər zaman dənizçilər tərəfindən də əziz tutulur. Onun adını daşıyan gəmidə üzməkdən hər bir dənizçi yüksək qürur və məsuliyyət hissi duyur.          

“Müslüm Maqomayev” sürətli sərnişin gəmisi 18 dekabr 2014-cü il tarixdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.

Gəmi DP2 funksiyalı, yüksək komfortlu olmaqla, dəniz şəraitindən asılı olaraq saatda 30 mildən yuxarı sürətə malikdir, uzunluğu 70 metr, eni 16 metr, hündürlüyü 6 metrdir. 16 nəfər heyətdən ibarət olan gəmi 150 nəfər xüsusi təyinatlı neft-qaz personalını tez bir zamanda və rahat şəkildə iş yerlərinə - dənizdə quraşdırılan platformalara çatdırır. “Müslüm Maqomayev” gəmisi dəniz radionaviqasiya sistemlərinin ən son nailiyyətləri olan texnoloji avadanlıqlarla təchiz edilmişdir. Sərnişinlər fərdi audio sistemlə təchiz edilmiş avia-tipli oturacaqlarda rahat səyahət etməklə, sərnişin sahəsində quraşdırılmış geniş ekranlı video monitorlar vasitəsilə əyləncə və informativ verilişlərə baxa bilirlər. Gəmidə quraşdırılan teleskopik pilləkən qurğusu ilə təchiz edilmiş hidravlik keçid-nərdivan avadanlığı sərnişinlərin hətta yüksək dəniz-hava şəraitində belə təhlükəsiz olaraq platformalara və ya gəmiyə enib–qalxmalarını təmin edir.

Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli müğənninin müxtəlif fotoları yer alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır