Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Təcrübəli dənizçiyə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində “Gəmiçilik sahəsində xidmətlərə görə” medalına layiq görülən təcrübəli dənizçi Cəfərov Namiq Hüseynqulu oğluna medal və vəsiqə təqdim olunub.

Namiq Cəfərova yüksək mükafatı ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov təqdim edib. Donanma rəisi kapitanı təbrik edərək, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 1963-cü ildə matros kimi əmək fəaliyyətinə başlayan Namiq Cəfərov 2014-cü ilədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışıb. O, müxtəlif illərdə kapitanın III, II və baş köməkçisi, kapitan, DÜTX-də təlimatçı-kapitan, Radiolokasiya təlim-məşq kompleksinin təlimatçı-kapitanı vəzifələrində işləyib.

Hazırda fəaliyyətini Dövlət Dəniz Agentliyinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzində liman müfəttişi kimi davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır