Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

ASCO-da qocaman dənizçilər daim diqqətdə saxlanılır

1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür. Bu gün BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən Azərbaycanda da hər il qeyd olunur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də də (ASCO) veteran əməkdaşlar daim xüsusi hörmətlə xatırlanır, mütəmadi onlara baş çəkilir. Bu dəfə də Beynəlxalq Ahıllar Günü ərəfəsində dənizçilər qocaman həmkarlarını ziyarət etməyi unutmayıblar.

Xəzər Dəniz Neft Donanmasının əməkdaşları ömrünün 45 ilini dənizçiliyə həsr etmiş 68 yaşlı baş mexanik Etimad Mahmudovu evində ziyarət ediblər.

Daha bir dənizçi ailəsinin - Boris Kasimov Fyodoroviç və onun həyat yoldaşı, Taisya Kasimovanın qapısını isə Dəniz Nəqliyyatı Donanmasının əməkdaşları döyərək, onlara sürpriz ediblər.

Görüşlərdə Etimad Mahmudovun, Boris Kasimov Fyodoroviçin, eləcə də Taisya Kasimovanın həyatlarının böyük hissəsini dənizçiliyə həsr etdikləri vurğulanıb, onların xidmətləri xatırlanıb, məhsuldar fəaliyyətlərinin gənc nəslə örnək olduğu bildirilib. Bundan başqa, çox sayda dənizçinin taleyində önəmli rol oynamış peşəkar dənizçilər də yada salınıb.

Qocaman dənizçilər öz növbələrində minnətdarlıqlarını bildiriblər. Onlar həmkarlarının qədirbilənliyinin və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu qeyd ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır