Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Binəli Yıldırım: “BTQ layihəsini gündəmə gətirəndə heç kim buna inanmırdı”

Türkiyənin baş naziri Binəli Yıldırım APA-ya eksklüziv müsahibə verib. 

Baş nazir müsahibəsində Türkiyə və Azərbaycan arasında reallaşdırılan mühüm layihələrə diqqət çəkib. Həyata keçirilən layihələrin hər birinin Türkiyə-Azərbaycan əlaqələrində müsbət rol oynadığını bildirib.   

Binəli Yıldırım: “Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, “Şahdəniz”, Bakı-Tiflis-Qars və TANAP regional layihələrdir və bu layihələr sadəcə Türkiyə və Azərbaycanla əlaqəli deyil. Sadəcə, Gürcüstandan da keçmir, eyni zamanda Çindən bu tərəfə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, bu bölgəni Qafqaz vasitəsilə Türkiyəyə, Türkiyə üzərindən Balkanlara və Avropaya bağlayan, həm enerji təhlükəsizliyi baxımından, həm nəqliyyat, tarixi İpək Yolunun yenidən həyata keçirilməsi baxımından mühüm layihədir.”

Baş nazir Bakı-Tiflis-Qars layihəsinin özü üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Nazir olduğum dövrdə bu layihəni gündəmə gətirdim. O zaman heç kim bu layihəyə inanmadı, hər kəs dodaq büzdü, gülümsədi, amma mübarizə apardıq, təslim olmadıq. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin tapşırıqlarına əsasən və Gürcüstan tərəfi də razı salınmaqla, bu layihə başladı. Uzun çəkdi, qarşıya çıxan bir çox əngəllərə rəğmən, layihəni sonunda tamamladıq. Bir sözlə, bir xəyalın gerçəkləşməsi hər kəs üçün önəmlidir və mənim üçün də xüsusi mənası var.”- deyə, baş nazir əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır