Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

class="post-tile entry-title">“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  14 iyun 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin növbəti sessiyasında müzakirə olunan mühüm məsələlərdən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC işçilərinin könüllü qan verməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında cari tədris ili üçün qəbul yerlərinin sayının artırılmasından, ölkəmizdə ilk üzən elektrik stansiyasının inşa olunmasından, Xəzər dənizinə buraxılan körpə balıqların sayının milyonlarla ölçülməsindən, Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”na həsr olunmuş konfransdan, Xəzərdə mühüm beynəlxalq layihələrin uğurla reallaşdırılmasından,  ASCO-nun Bakı Ekspo Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – “TransCaspian 2019”  və Almaniyanın Münhen şəhərində təşkil olunan sərgilərdə uğurla təmsil olunmasından, bəşəriyyətin hamı üçün layiqli əmək şəraiti yarada biləcəyinə BƏT-in üzvü olan 187 ölkənin inamından,  “Bibiheybət” Gəmi Təmiri Zavodunda  “Zirə” təchizat-yedək gəmisinin əsaslı təmirindən, Dünya Okeanlar Gününün bir çox ölkələrdə bayram kimi qeyd edilməsindən, Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Albaniya sularında dəniz borularının tikintisinin başa çatdırılmasından, Nyu-Yorkun mərkəzində “İpək Yolu” festivalının keçirilməsindən, Xəzər dənizinin çirkləndirilməsinin fəsadlarından, təhlükəsiz qida ilə qidalanmağın zəruriliyindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı  BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır