Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim Tədris Mərkəzinin ərazisində iməclik keçirilib

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti iməclik keçirilib. İməclik Təlim Tədris Mərkəzinin ərazisində və ətrafı boyunca təşkil olunub.

Təmizlik və abadlaşdırma işlərinə hər iki strukturdan ümumilikdə 100-ə yaxın əməkdaş və ADDA tələbəsi həvəslə qatılıblar.

İməclikdən öncə Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov ətraf mühitin qorunması və onun təmiz saxlanılması, ekoloji tarazılığın bərpa edilməsi haqqında fikirlərini bölüşüb. Həmçinin, iməcilik zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı iştirakçıları təlimatlandırıb.

Bundan sonra işlərə start verilib.  İməcilik zamanı Təlim Tədris Mərkəzinin ətrafında təmizlik işləri görülüb, yol kənarları quru otlardan və torpaqlardan təmizlənib, torpaq ərazilər isə abadlaşdırılıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır