• Bakı, 2019-10-23,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  9 oktyabr 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda  Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə  ölkəmizin regionun mərkəzi qovşağına çevrilməsindən, Azərbaycanın tranzit imkanlarının Moskvada beynəlxalq konfransda təqdim edilməsindən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ahıl dənizçilərə diqqət və qayğısından, “Akademik Zərifə Əliyeva” gəmi-bərəsində keçirilən genişmiqyaslı təlimlərdən, İkinci Xəzər İqtisadi Forumuna hazırlıq işlərinə start verilməsindən,  Türkmənistanın Xəzər dənizinin qorunub saxlanılması və Aral dənizinin xilas edilməsi təşəbbüsündən, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirməsindən, yeni texnologiyalardan istifadə edilməsinin neft-qaz sənayesinin ümumi mənzərəsinə təsirindən, ASCO-nun Təlim-Tədris Mərkəzinin Azərbaycanda “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyətli   yeganə təşkilat olmasından, dünyanın iki güc mərkəzinə bölünməsinin yolverilməzliyindən, səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmaması ilə bağlı narahatçılıqdan, dostluq dənizi olan Xəzərdə hövzə ölkələrinə aid olmayan hərbi qüvvələrin yerləşdirilməsinin qadağan edilməsindən, “Xəzər dənizi akvatoriyasının birgə mühafizəsi” mövzusunda sərhəd təliminin uğurla gerçəkləşdirilməsindən, keçən ilin “Ən yaxşı müəllimi”nin bu adı şərəflə doğrultmasından, Xəzərdə ən böyük kran gəmisinin təmirindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır