Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Hyundai Heavy Industries” 2026-cı ilədək üzən LNG “zavod”u inşa edəcək

“Excelerate Energy, Inc.” şirkəti “Hyundai Heavy Industries Co., Ltd” (“HHI”) ilə mayeləşdirilmiş təbii qaz (FSRU) üçün yeni üzən saxlama, emal və boşaltma sisteminin tikintisi ilə bağlı müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə,  FSRU gəmisinin 2026-cı ilin iyununda sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Üzən “zavod”un tutumu 170 min kubmetrdir.

Beləliklə, bu gəminin inşası ilə “Excelerate Energy Inc.”-də istismarda və ya tikilməkdə olan FSRU sistemlərin sayı 11-ə çatacaq.

2003-cü ildə yaradılan “Excelerate Energy Inc.” (Vudland, Texas, ABŞ) mayeləşdirilmiş təbii qazın əsas təchizatçısıdır və yenidən qazlaşdırma xidmətlərinin tam spektrini təklif edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır