Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“MOL” taym-çarter müqaviləsini yenidən müzakirə edib

“Mitsui O.S.K. lines, ltd.” (“MOL”) 2022-ci il oktyabrın 4-də törəmə şirkəti vasitəsilə “Grand Mereya” qaz tankerinin icarəsi üçün “Saxalin Energy” MMC ilə müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə,  bundan əvvəl LNG daşıyıcısı layihənin keçmiş operatoru olan “Sakhalin Energy Investment Company Limited” ilə uzunmüddətli çarter müqaviləsi əsasında mayeləşdirilmiş təbii qazı (LNG) nəql edirdi, lakin indi müqavilə 2022-ci ilin avqustunda fəaliyyətə başlayan yeni operator “Sakhalin Energy” MMC ilə bağlanıb. Gəmi LNG daşımağa davam edəcək.

“MOL” müxtəlif infrastruktur layihələrində fəal iştirak edir və LNG-nin idxalçı ölkələrə, o cümlədən Yaponiyaya stabil daşınmasını təmin etmək niyyətindədir.

Xatırladaq ki, 1994-cü ildən hasilatın pay bölgüsü müqaviləsi şərtləri əsasında fəaliyyət göstərən “Saxalin-2” Rusiyada ildə təxminən 11,5 milyon ton istehsal edən ilk LNG zavodudur. Layihə çərçivəsində Saxalin dəniz şelfinin Piltun-Astoxskoye və Lunskoye yataqları işlənilir. Son vaxtlara qədər “Saxalin-2”-nin operatoru Bermud adalarında qeydiyyatdan keçmiş “Sakhalin Energy” idi. Payların 50%-i üstəgəl bir “Qazprom”a, qalanları “Shell” (27,5%), “Mitsui & Co” (12,5%) və “Mitsubishi” (10%) şirkətlərinə məxsusdur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır