Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Dedveyti 82 min ton olan 12 gəmi tikiləcək

Çinin üçüncü ən böyük gəmiçilik şirkəti olan “Shandong Shipping” donanmasının yenilənməsi çərçivəsində dedveyti 82 min ton olan 12 “Kamsarmax” gəmisinin tikintisi üçün sifarişi verib.

Bu barədə “Offshore Energy” məlumat yayıb.

Gəmilər “Jiangsu New Hantong Ship Heavy Industry”-nin tərsanələrində inşa olunacaq. Gəmilərin tikintisi “Shandong Huachen Financial Leasing” lizinq şirkəti tərəfindən maliyyələşdiriləcək. Mütəxəssislərin fikrincə, bir gəmi 33,5 milyon dollara başa gələcək.

Çinin dövlət gəmiqayırma korporasiyası tərəfindən hazırlanmış karbon tutma, istifadə və saxlama texnologiyası və “MAN-B&W 6G50ME-C9.6” seriyasının əsas mühərriki ilə təchiz ediləcək gəmilər azot oksidi emissiyaları üçün “IMO Tier-3” standartına və Gəmi Layihələrinin Enerji Səmərəliyi İndeksinə cavab verəcəklər.

Müqavilənin şərtlərinə görə, bu seriyanın ilk gəmilərini 2024-cü ilin sonunda istifadəyə verəcəklər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır