Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İlk avtonom elektrik bərəsi Kungsholmen və Södermalm şəhərlərinə sərnişin daşıyacaq

İsveç üçün inşa edilən dünyanın ilk avtonom elektrik bərəsi yayda hazır olacaq.

“Seanews.az” xəbər verir ki, dünyanın ilk elektrik bərəsi “Zeam” Norveçin “Torghatten AS” gəmiçilik şirkətinin təşəbbüsü ilə inşa edilib.

Ticarət gəmisi bu ilin iyun ayında fəaliyyətə başlayacaq və hər gün Stokholmdan Kungsholmen və Södermalm şəhərlərinə və əks istiqamətə sərnişin daşıyacaq.

Sürücüsü olmasa da, bərənin bortunda sistemə nəzarət edəcək təhlükəsizlik operatoru yerləşdiriləcək.

Gün ərzində damındakı günəş panelləri gəminin avtonom işləməsini təmin edəcək qədər enerji toplayır. Gecələr operatorlar elektrik bərəsini elektrik kabelinə bağlayırlar ki, yenidən işə hazır olsun.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır