Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Yang Ming” şirkəti “HD Hyundai Heavy Industries” şirkətinə beş konteyner gəmisinin tikintisi üçün sifariş verib

 “Yang Ming” gəmiçilik şirkəti “HD Hyundai Heavy Industries” şirkətinə 15,5 min TEU tutumlu beş konteyner gəmisinin tikintisi üçün sifariş verib.

“Seanews.az”-;n məlumatına görə, sövdələşmə 937 milyon dollar dəyərindədir.

Konteyner gəmiləri mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək. Onların 2026-cı ildən mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il “HD Korea Shipbuilding” 11,4 milyard ABŞ dolları məbləğində 93 gəmi tikmək üçün sifariş alıb ki, bu da planlaşdırılan illik 15,7 milyard dollarlıq həcmin 72,6%-ni təşkil edir. İnşa ediləcək gəmilərin 29-u ərzaq məhsulları daşıyan tanker, 3-ü neft tankeri, 29-u konteyner gəmisi və 32-si qaz daşıyıcısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır