Metanolla işləyən 165 gəmi tikiləcək
Hazırda dünyada metanoldan yanacaq kimi istifadə edən 25 gəmi istismardadır və daha 165 gəminin tikintisi sifariş verilib.
“Seanews.az” xəbər verir ki, bunu Sankt-Peterburqda “Metanol 2023” konfransı zamanı Metanol İnstitutunun əməliyyat direktoru Kris Çatterton deyib.
İnstitutun proqnozlarına görə, 2030-cu ildə metanolla işləyən gəmilərin sayı 1200-ə çatacaq. Eyni zamanda, metanol ən çox konteyner gəmilərində tələb olunacaq.
Hazırda dünyanın 100-dən çox limanında gəmiləri metanolla doldurmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır