Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Fransada ilk yeni nəsil nüvə sualtı qayığının tikintisinə başlanılıb

Normandiyanın Şerbure şəhərindəki “Naval Group”-un tərsanəsində dörd nüvə sualtı qayığından birincisi olan “SNLE-3G” gəmisinin polad kəsimi mərasimi keçirilib.

 “Seanews.az” xəbər verir ki, “Naval Group” ilk sualtı qayığın müxtəlif hissələrinin yığılmasına 2026-2027-ci illərdə başlamağı və onun suya buraxılışının 2030-cu illərin əvvəllərində baş tutacağına ümid edir.

Sualtı qayıq Fransa Hərbi Dəniz Qüvvələrinə 2035-ci ildən sonra təhvil veriləcək.

“SNLE-3G” (Sous-marin nucléaire lanceur d'engins - 3-cü nəsil) adlanan yeni sualtı qayığın tammiqyaslı işlənməsinə 2021-ci ilin fevralında start verilib. Yeni sinif gəmilər hazırkı “Triumphant” sinfinə aid nüvə enerjili ballistik raket sualtı qayıqlarını əvəz edəcək. Yeni sualtı qayıqların hamısı “Naval Group” tərəfindən inşa ediləcək.

İlk baxışdan yeni sualtı qayıq ölçüsü və forması baxımından “Le Triomphant” sinifli sualtı qayığa bənzəyir. Ancaq bu, tamamilə yeni bir layihədir və əvvəlkilərdən 10 metr uzun olan (uzunluğu təxminən 150 metrdir) gəminin heyəti 110 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır