Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Keyptaun limanında kruiz layneri konteyner gəmisi ilə toqquşub

Cənubi Afrika Respublikasının Keyptaun limanının sularında kruiz layneri yük gəmisi ilə toqquşub.

“Seanews.az” xəbər verir ki, bu barədə “SABC” radiostansiyası məlumat yayıb.

Məlumata görə, göyərtəsinə 1,4 min turist götürə bilən “Ambience” layneri güclü küləkdə yanalmada olan “Grey Fox” konteyner gəmisi ilə toqquşub.

Hadisə nəticəsində hər iki gəmi zədələnib, lakin yanacaq sızması qeydə alınmayıb.

"Nə turistlər, nə də heyət üzvləri xəsarət almayıblar. Hazırda layner sərnişin terminalının yanında təhlükəsizdir. Zərərin qiymətləndirilməsi aparılır", - deyə kruiz gəmisinin sahibi olan “Ambassas Cruise Line”-dən bildirilib.

Qeyd edək ki, turistlərin olduğu gəmi üç gün əvvəl Cənubi Afrikanın digər şəhəri Durbandan çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır