Arxangelskdə təmirə dayanan gəmidə yanğın baş verib
“Arxangelsk Donanmasının Təmir və İstismar Bazası” ASC-nin quru dokunda olan “M.V.Lomonosov” teploxodunda yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.
İlkin yoxlama tədbirləri nəticəsində gəminin 2022-ci ildən təmirdə olduğu müəyyən edilib və yanğın qaynaq işləri yekunlaşdıqdan sonra qeydə alınıb.
Xatırladaq ki, bir il əvvəl, 2023-cü il mayın 6-da da “M.V.Lomonosov” gəmisində yanğın baş vermişdi. Onda teploxodun maşın şöbəsini alov bürümüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır