Yeni yedək gəmisinin adlandırılması mərasimi keçirilib
Ternesedə Niderlandın “Multraship Towage and Salvage” şirkətinin yeni yedək gəmisinin adlandırılması mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, “Multratug 35” 2023-cü ilin iyununda “ASD 3212” layihəli üç yedək gəmisi üçün imzalanmış sifariş əsasında Vyetnamdakı “Damen” Gəmiqayırma Zavodunda tikilib.
Yedək gəmisi yanğınsöndürmə, lövbərə saxlama və digər dəniz əməliyyatları üçün təchiz edilib.
“Nordic Engineering” teleqram kanalı xəbər verir ki, yedək gəmisində heyətin yaşayışı üçün hər cür şərait yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır