Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“E-Wolf” yedək gəmisi San Dieqo limanında istismar ediləcək

“Crowley Maritime Corporation” şirkəti Amerika Birləşmiş Ştatlarında ilk tam elektrik yedək gəmisinə ad vermə mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

“E-Wolf” adlı gəmi San Dieqo limanının donanması üçün nəzərdə tutulub. O, bu həftə limanda xidmət göstərməyə başlayacaq.

Alabama ştatının Codena şəhərindəki “Master Boat Builders” zavodunda tikilən gəminin uzunluğu 24,9 metr, dartma gücü 70 tondur. “E-Wolf” ABB-dən inteqrasiya edilmiş akkumulyator sistemli elektrik mühərriki ilə təchiz edilmişdir və onu limandakı sahil stansiyasından doldurmaq olar.

“Crowley Maritime Corporation” 1893-cü ildə yaradılıb və “Crowley Holdings”-ə daxildir. Daxili və beynəlxalq bazarlarda daşıma və logistika xidmətləri göstərən şirkət gəmiləri layihələndirir, tikir və xilasetmə əməliyyatlarında iştirak edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır